Şriftin ölçüsü :

Saytın rəngi :

1 Oktyabr prokurorluq işçilərinin peşə bayramıdır

01 oktyabr 2021 | 11:00

Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları  öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır.

            Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə prokurorluq orqanları fəaliyyətə başlayıb. Bununla əlaqədar ulu öndər Heydər Əliyevin 17 il 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

            Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra respublika prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə demokratik inkişaf yoluna qədəm qoymuşdur. Rayonumuzun prokurorluq işçiləri bu gün onların sırasında uğurla fəaliyyət göstərirlər. Ağcabədi Rayon Prokurorluğunun əməkdaşları da öz peşə bayramlarını həmin gün yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. Onlar öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış ulu öndər  Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüblər.

Keçidlər