Ağcabədidə “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə gənclər arasında rayon turniri keçirilmişdir.
30 sentyabr 2021- ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə gənclər arasında rayon turniri keçirilmişdir.
Yarışın açılış mərasimində çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirdi ki, turnirin keçirilməsində məqsəd rayonunun “Vətənin Müdafiəsinə Hazıram” çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək və orduya xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrini yüksəltməkdir. Eldəniz Qənbərov tədbirin keçirilməsi və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat vermiş, komandalara uğurlar arzulamışdır.
Rayon turnirində 8 komanda mübarizə aparmışdır. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan rayon turniri Əsasnaməyə uyğun olaraq müxtəlif nominasiyalar üzrə keçirilmişdir.
Turnirin yekun nəticələrinə əsasən Ş. Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, M.F. Axundov adına 3 saylı məkətb-liseyinin komandası II yerə, Ə.Alıyev adına şəhər 12 saylı və M.Əsədov adına şəhər 5 saylı məktəbin komandaları isə III yerlərə laiq görülmüşdür. Müvafiq olaraq I,II,III yerləri tutan komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.