Sınaq üçün nəzərdə tutulan baramanın tədarükünə başlanılıb
23 sentyabr 2021 | 11:00
Sentyabrın 23-də rayonda ilk dəfə olaraq, yay dövründə sınaq məqsədi ilə yetişdirilən barama tədarükünə başlanılıb. Bölgənin 37 ərazi vahidi üzrə paylanılmış 37 qutu ipəkqurdunun aqrotexniki qaydada bəslənilməsi nəticəsində kümçülər kifayət qədər keyfiyyətli və bol məhsul yetişdirməyə nail olublar.
İlk gündə rayon üzrə 274,5 kq barama tədarük olunub. Məhsul istehsalında Ağcabədi şəhər, Hüsülü, Qaraxanlı, Minəxorlu, Salmanbəyli və Sarıcalı kəndlərinin baramaçıları fərqləniblər. Mütəxəssislərin dediklərinə görə, rayonun digər inzibati ərazi vahidlərində də yaxşı məhsul gözlənilir.