Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda şəhid ailələrinin ziyarət olunması diqqət mərkəzində saxlanılır

22 sentyabr 2021 | 11:00

2020-ci ilin sentyabrı bütün Azərbaycan xalqı üçün ən əlamətdar ay hesab olunur. Çünki həmin tarix 30 ilə yaxın bir müddətdə düşmən əsarəti altında olan Azərbaycanın əzəli və qədim torpağı olan Qarabağın azad edilməsi uğrunda müqəddəs müharibənin başlandığı zamandır. Qarabağımızın taleyi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən 44 gün ərzində həll olunub. Bu qələbə  şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına  əldə edilib. Bu tarixi zəfəri xalqımıza bəxş etdikləri üçün şəhidlərimizə və  qazilərimizə borcluyuq.

            Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə qazanılan qələbədə payı olan  Ağcabədili şəhid ailələrinin  ziyarət olunması  davam edir.

            21 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri  və media mənsublarının iştirakı ilə Taynaq kəndində şəhid Fərid İskəndərov, Poladlı kəndində Əmrah Mamedov, Sarıcalı kəndində Ceyhun Mustafazadə, Şahmallar kəndində Vüsal Şükürov və Kəhrizli kəndində Tariyel Salmanovun evlərində olub,  valideynlər və digər ailə üzvləri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar.

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov  Vətən uğrunda canını fəda edən şəhidlər və qazilərimizlə bağlı problemlərin həllinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlamasından söz açmışdır. Rayon rəhbəri Ağcabədidə də şəhid və qazilərlə bağlı problemlərə həssaslıqla yanaşıldığını, həlli istiqamətində lazımi addımlar atıldığını  vurğulayıb.

            Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin təşəkkürlərini və  minnətdarlıqlarını bildiriblər.

Keçidlər