Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 300-dək şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib

22 sentyabr 2021 | 11:00

Yeni tədris ilinin başlanması münasibətilə Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi övladları,eləcə də hər iki valideynini,yaxud valideynlərindən birini itirmiş 40 nəfər şagirdə məktəbli forması və dərs ləvazimatı hədiyyə olunub.

     21 sentyabr 2021-ci il tarixdə Ağcabədi  Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov həmin məktəblilərlə  görüş keçirib. Rayon rəhbəri şagirdləri salamlayaraq onlara yeni tədris ilndə uğurlar arzulayıb. Artıq 2 ildir ki, COVİD-19 panedmiyasının məktəblərdə dərslərin keçirilməsində də yaratdığı problemlərdən danışan icra başçısı hazırda dövlətimiz tərəfindən bu istiqamətdə böyük işlərin görülməsini, vaksinasiyanın əhəmiyyətini diqqətə çatdırdı.

     Təhsil sahəsindəki uğurlardan söz açılarkən qeyd olundu ki,bu gün övladlarımızın sağlam,savadlı böyüməsi üçün hər çür şərait yaradılır. Geniş,işıqlı, müasir standartlara cavab verən yeni məktəb binaları tikilir və ya əsaslı əsaslı təmir olunur,onların maddi-texniki bazası daha da möhkəmləndirilir. II Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edliməsində vətən övladlarının öz canlarından,               qanlarından keçməsini diqqətə çatdıran R.Hüseynov bildirdi ki, gələcəkdə  torpaqlarımız məhz bugünkü uşaqların zəkası, elmi, biliyi hesabına qorunacaqdır.Odur ki, şagirdlər dərslərini yaxşı oxumalı,savadlı olmalıdırlar.

    Görüşdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

   Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsünə  rayon hüquq-mühafizə orqanları, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri,bələdiyyələr,məktəbəqədər təhsil müəssisələri,Gənclər üçün Təhsil Mərkəzi, eləcə də digər idarə, təşkilat və müəssisələr də dəstək verib. Ümumilikdə  sosial qayğıya ehiyacı olan aztəminatlı ailələrdən  300-dək şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib.

Keçidlər