Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri unudulmur

21 sentyabr 2021 | 11:00

Ötən lin sentyabr ayı xalqımızın taleyinə böyük hərflərlə yazıldı. Məhz 27
sentyabr 2020-ci il tarixdə düşmən təxribatına cavab olaraq Müzəffər Ordumuz 30 il
düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə başladı. Biz tarixən
tolerant, sülhsevər xalq olmağımıza baxmayaraq, Ermənistan tərəfindən təhrik
olunan müharibəyə qoşulmalı olduq. Bu gün Vətən müharibəsi adı verdiyimiz bu
müqəddəs savaşda xalqımız və ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin başçılığı altında birləşərək, dəmir bir yumruğa
çevrildik. Xalqımızın qeyrətli, vətənpərvər oğulları 30 il həsrətində olduğumuz
torpaqlara qovuşmağımız üçün canlarını fəda edib, şəhid oldular. Bu şəhidlərin canı,
qanı bahasına torpaqlarımız indi azad nəfəs alır, xoş gələcəyə doğru inam və ilhamla
addımlayırıq.
Ötən il sentyabrında başlanan böyük qələbəylə başa çatan Vətən
müharibəsinin başlanmasının ildönümünə sayılı günlər qalır. Buna görə də Ağcabədi
rayon İcra Hakimiyyəti tərəfindən müharibədə şəhidlik zirvəsinə ucalan qəhrəman
oğullarımızın ailələri ziyarət olunur.
20 sentyabr 2021-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov
hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Muğanlı kəndində şəhid Fərid
Fərəcov, Naim Ağayev, Şahsevən-Təzəkənd kəndində Əli Əsədov, Minəxorlu
kəndində Tariyel Atayev, İntiqam Hacıyev, Gülalı Qəhrəmanov, Məkan
Qəhrəmanovun evlərini ziyarət edib. İcra başçısı şəhidlərin ailə üzvləri, yaxınları ilə
görüşərək, onların problem və qayğıları ilə yaxından maraqlanıb. R. Hüseynov Vətən
müharibəsində həlak olan şəhidlərə və ailələrinə dövlətimiz tərəfindən göstərilən
hərtərəfli diqqət və qayğıdan danışıb.
Şəhidlərin qanı bahasına əldə edilən qələbənin bu gün həyatımızda oynadığı
əsas roldan və onların göstərdikləri unudulmaz igidliyin xüsusi əhəmiyyətindən söz
açan icra başçısı bir daha bildirib ki, Prezident İlham Əliyevin başçılığı altında
dövlətimiz həmişə şəhid ailələrinin yanındadır və hər zaman da belə olacaqdır.
Şəhidlərin valideynləri və yaxınları görüşdə dövlətimiz tərəfindən göstərilən
yüksək diqqətə görə Prezident İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını
bildiriblər.

Keçidlər