Şriftin ölçüsü :

Saytın rəngi :

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı Ağcabədi rayonunda keçirilmişdir

25 sentyabr 2014 | 10:00

25 sentyabr 2014- cü il tarixdə saat 14:30 – da Ağcabədi rayonu Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “ Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri  tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı ilə çıxış etmişdir.
   Əvvəlcə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirmişlər.
   Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov, Xalq Artisti Ağaverdi Paşayev və digər çıxış edənlər dahi bəstəkar  Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışmışdırlar.
     Daha sonra  Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, həmçinin Ağcabədi şəhər incəsənət məktəbinin və Qarabağ Muğam Mərkəzinin ifaçıları tərəfindən dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilmişdir. İfa edilən mahnılar, muğam və təsniflər, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu” operalarından parçalar tamaşaçılarda xoş ovqat yaratmışdır.

Keçidlər