Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı qalib idmançıları təbrik etdi

17 sentyabr 2021 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Taekvondo idman növü üzrə Avropa Birinciliyində uğurlu nəticə əldə etmiş taekvonduçuları qəbul etmişdir.

​Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov, rayon gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev, rayon təhsil şöbəsinin müdiri İsmayıl Həsənov iştirak ediblər.

​Rayon rəhbəri mükafatçıları təbrik edərək, onlara uğurlar arzulayıb, hədiyyələr təqdim edib.

​Qeyd edək ki, 25-27 avqust 2021 tarixlərdə Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən uşaq və yeniyetmələr arasında taekvondo idman növü üzrəAvropa birinciliyində milli yığma komandanın tərkibində iştirak edən Çingiz Həsənov 36 kq çəki dərəcəsində I yerə, yeniyetmələr arasında çıxış edən Vasif Səlimov 45 kq çəki dərəcəsində II yerə layiq görülmüşdür.

Keçidlər