Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə "İdman həftəsi" çərçivəsində atletika, futbol və voleybol idman növləri üzrə yarışlar keçirilmişdir.

17 sentyabr 2021 | 11:00

16-17 sentyabr 2021-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə könüllülər və gənclər arasında "İdman həftəsi" çərçivəsində Ağcabədi Olimpiya İdman Kompleksində atletika, futbol və voleybol idman növləri üzrə yarışlar təşkil olunmuşdur.

16 sentyabr 2021-ci il tarxidə atletika idman növü üzrə 100 metr məsafəyə qaçış yarışında komandaların üzvləri fərdi olaraq iştirak etmişdir. Yekun nəticədə Şaiq Mehdiyev - I yerə, Hümmət Abışov - II yerə Rüfət Kərimov isə - III yerə laiq görülmüşdür.

16-17 senyabr 2021-ci il tarixdə isə futbol və voleybol idman növləri üzrə könüllü və gənclərdən təşkil olunmuş komandalar yarışlarda öz qüvvələrin sınamışdır. Yekunda voleybol idman növündə rayonun gənclərindən ibrət Zəfər komandası – I yerə, Asan Könüllüləri Təşkilatının komandası – II yerə, Uşaq Gənclər İdman Şahmat Məktəbinin könüllülər komandası - III yerə laiq görülmüşdür.

Futbol idman növü üzrə isə Uşaq Gənclər İdman Şahmat Məktəbinin könüllülər komandası I yerə, Asan Könüllüləri Təşkilatının Legend komandası – II yerə, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin GİKM komandası III yerə laiq görülmüşdür.

"İdman həftəsi" çərçivəsində keçirilən yarışlar gərgin və maraqlı idman mübarizəsi diqqəti cəlb etmişdir. Yarışların sonunda I, II və III yerləri tutmuş iştirakçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər