Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi
16 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilk iclaslarını keçirdilər. İclasda üzvlər səsvermə yolu ilə İctimai Şuraya sədr, sədr müavini və katib seçiblər. Beləliklə, yeni yaradılan İctimai Şuraya respublikanın fərqli bölgələrində müxtəlif vəzifələrdə,həmçinin uzun müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağcabədi rayonu üzrə Nəzarətçi –müfəttişi vəzifəsində çalışmış Qarayev Vaqif Baba oğlu sədr;
Ağcabədi rayon Ağsaqqallar Şurasının sədr müavini, uzun müddət Ağcabədi Rayon İcra Hakimiyyətində çalışmış Əsədov Tariyel Məmməd oğlu sədr müavini ;
“Dünya” Ana və Uşaqlar İctimai Birliyinin Ağcabədi Regional bölməsinin sədri Quliyeva Sevinc Şahverən qızı katib seçilmişdir.
Daha sonra, qarşıda duran məsələlər müzakirə olunmuşdur. Üzvlərə İctimai iştirakçılıq haqqında məlumat verilmişdir.
Qeyd edək ki, 21 avqust 2021-ci il tarixdə YAP Ağcabədi rayon təşkilatının iclas zalında İctimai Şuranın Seçki Komissiyasının müşahidəsi ilə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib.
Seçkinin yekunlarına əsasən, 22 nəfər namizəddən, birgə yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini toplayan 15 nəfər İctimai Şuranın tərkibini formalaşdırıb.