Şriftin ölçüsü :

Saytın rəngi :

Bulaq kompleksinin açılışı olub

15 sentyabr 2021 | 11:00

12 sentyabr 2021-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində I Qarabağ müharibəsində şəhid olmuş Mobil Quliyev və Habil Salahovun xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı mərasimi keçirilib.

            Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, yerli icra və bələdiyyə nümayəndələri, qəsəbə sakinləri, şəhidlərin ailə üzvləri iştirak ediblər.

            I Qarabağ müharibəsinin qəhrəmanları Mobil Quliyev və Habil Salahov keçdikləri şərəfli döyüş yolları haqqında danışıb və şəhidlər haqqında öz xatirələrini bölüşüblər.

            Sonda vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhuna  dualar oxunub.

Keçidlər