Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsil avtobusu – Qayıdış” layihəsi Ağcabədidə

15 sentyabr 2021 | 11:00

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu – Qayıdış” layihəsi Ağcabədi, Bərdə və Gəncədə olub.

Bu barədəTəhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ağcabədi və Bərdədə Ağdam, Şuşa, Xocavənd, Gəncədə isə Xocalı, Xankəndi və Kəlbəcər rayonlarından olan məktəblilər layihəyə qoşulublar.

Layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub. Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaratmaq, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Ümumilikdə 192 nəfərdən çox məktəblini əhatə edən layihə çərçivəsində, işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər təşkil olunur.

“Təhsil avtobusu – Qayıdış” layihəsi, həmçinin “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, “Vitam” Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Spatrix, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” Tələbə-Könüllü proqramı, Kids Inc., proqramı, “SABAH” qrupları, Edumap Təhsil portal tərəfdaşlığı ilə keçirilir.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” milli təhsil proqramının respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbi nəticəsində 8500 km yol qət edilib, Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsindən 750-dən çox şagird cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Keçidlər