“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Hər kəs üçün təhsil” kampaniyası
Tədbirdə GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Ələsgərli, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı, şəhid və qazi ailələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın ərazi btövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova yeni tədris ilində məktəblilərə və müəllimlərə müvəffəqiyyətlər arzulayaraq deyib: “Bu tədris ili ölkəmiz, eləcə də uşaqlarıız üçün daha önəmli olacaq, çünki artıq biz 30 ildən çox işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmişik və buna görə də çox qürurluyuq. Bunun üçün biz Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə börcluyuq. Onlar böyük bir tarix yazdılar və öz övladlarını bizə əmanət etdilər. Bizdə bu gün onların övladlarını birincilər olaraq məktəbə yola salmaqdan böyük bir şərəf hissi duyuruq. Ümid edirik ki, onlarda təhsil alaraq, öz atalarının adına layiqli övlad kimi böyüyəcəklər.”
Digər çıxış edənlər də uşaqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, "Bilik günü"nün qeyd edilməsinin biliyin, savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkmək məqsədi daşıdığını bildiriblər.
Sonda "Hər kəs üçün təhsil" kampaniyası çərçivəsində bu il ibtidai siniflərə qədəm qoyacaq 12 şəhid və qazi övladına Bakı Tekstil Fabriki tərəfindən məktəbli geyimləri, Antaris şirkəti tərəfindən çanta və məktəb ləvazimatları,Gənclər üçün Təhsil Mərkəzi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən müxtəlif məhsullardan ibarət sovqat verilib.