Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “15 sentyabr – Bilik Günü” nə həsr olunmuş gənc müəllimlərin iştiakı ilə videokonfrans keçirilmişdir.

15 sentyabr 2021 | 11:00

14 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zoom proqramında “15 sentyabr – Bilik Günü” nə həsr olunmuş gənc müəllimlərin iştiakı ilə videokonfrans keçirilmişdir.

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov videokonfransı giriş sözü ilə açaraq qeyd etdi ki, müasir dövrümüz elm və texnika dövrüdür, inkişaf əsasən bu iki amillə izah olunur. Təhsilsiz isə bu sahələrdə heç bir irəliləyiş ola bilməz. Dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Təsadüfi deyil ki, ulu öndər: “Təhsil millətin gələcəyidir”, - deyirdi. Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Müəllim sözü müqqədəs deyil, müqqədəs olan müəllimlikdir. Hər zaman bu ada layiq olmağınızı arzu edirəm və sonda hər birinizə bu çətin və şərəfli işinizdə uğurlar və müvəffəqiyətlər diləyirəm.

Daha sonra Ağcabədi şəhər 9 saylı tam orta məktəbin müəlliməsi Vüsalə Əliyeva, 11 saylı tam orta məktəbin müəlliməsi Günel Həsənova, 5 saylı tam orta məktəbin müəlliməsi Nəzakət Həsənova və Xocavənd kənd 1 saylı tam orta məktəbin müəllimi Mahir Paşayev çıxış edərək, bu gün Azərbaycanda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına xüsusi diqqət yetirildiyini. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələri olduğunu, hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri oluduğunu diqqətə çatdırdılar. Müəllimlər həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına təşəkkür etdilər.

Keçidlər