Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli Musiqi günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi

10 sentyabr 2021 | 11:00

10 sentyabr 2021-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi.İlk öncə Üzeyir Hacıbəylinin və vətən yolunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva musiqişünas alim Üzeyir bəy Hacıbəylinin zəngin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirdi ki,1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. “Milli Musiqi günü” ilə əlaqədar olaraq hər il olduğu kimi bu il də Mərkəzimiz tərəfindən mövcud pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla silsilə tədbirlər həyata keçirilir.Tədbirdə iştirak edən Aran qəzetinin baş redaktoru Məhsəti Ağayeva,Ağcabədi Pedoqoji Kollecinin təlim-tərbiyə üzrə direktor müavini Rövşən Bayramov, Mədəniyyət işçisi Gündüz Nəcəfov,Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbinin müəllimi Günel Kərimova Üzeyir Hacıbəylinin oçerkləri,felyontonları haqqında ətraflı məlumat verərək bildirdilər ki,çoxdankı arzumuz - Qarabağın mədəniyyət beşiyi olan Şuşamız artıq azaddır və dahi bəstəkarın ruhu şaddır.Sonda publisist alimin həyat və yaradıcılığından bəhs edən kitab,jurnal,qəzet eləcə də,Mərkəzin kurs üzvlərinin əl işlərindən ibarət “Şərqdən Doğan Opera Günəşi” adlı sərgi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Keçidlər