Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağcabədi rayon təşkilatının X hesabat konfransı keçirilib

04 sentyabr 2021 | 11:00

Partiyanın mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın düçar olduğu çətinlikləri aradan qaldırmaq üçün xalqın mübarizlik əzmini yüksəldə bilən, onu öz ardınca aparmağa qadir olan bir siyasi partiyanın fəaliyyətinə ciddi ehtiyac yaranmışdı. YAP məhz zamanın tələbi, xalqın istəyi ilə yaradılıb. Təşkilat sədri qeyd edib ki, son 18 ildə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərə imza atıb.

R.Əhmədov vurğulayıb ki, hazırda YAP Ağcabədi rayon təşkilatı 92 ərazi ilk partiya təşkilatında 16 min 150 üzvü birləşdirir. Onlardan 7551 nəfəri qadın, 6761 nəfəri isə gənclərdir.

Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Elsevər İsmayılovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, rayon təşkilatının Salmanbəyli ərazi ilk təşkilatının sədri Gülbikə Məmmədova, rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Vətən müharibəsi qazisi Elşad Heydərov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibətlərini bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti parlaq və qürurvericidir: “Tarixi nailiyyətimiz olan müstəqilliyimiz qorunur, Azərbaycan öz müstəqil siyasəti ilə davamlı uğurlara imza atır. Azərbaycanın beynəlxalq təşkilatların hesabatlarında ən islahatçı, sabit, təhlükəsiz, xoşbəxt ölkə kimi qərarlaşması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. İnkişaf, tərəqqi, müasirləşmə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Dünyaya səs salan, Azərbaycanın adını tarixə qalib ölkə kimi yazan möhtəşəm Zəfərimiz əldə olunan uğurların zirvəsi, Heydər Əliyev siyasətinin təntənəsidir”.

Yeni Azərbaycan Partiyasının təkmilləşməyə, yeniləşməyə açıq olduğunu, qəbul etdiyi hər bir qərarında dövlətin, xalqın gələcəyini düşündüyünü önə çəkərək VII Qurultayda qarşıya qoyulan vəzifələrdən danışan Ə.Tağıyev YAP Ağcabədi rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Ağcabədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Keçidlər