Şriftin ölçüsü :

Saytın rəngi :

Doğum günündə şəhidin ailəsi ziyarət olunub

25 avqust 2021 | 11:00

Erməni faşistləri ölkəmizə yenidən hücum etdikdə qəhrəman Vətən oğulları torpaqlarımızın müdafiəsinə qalxıb, böyük hünər göstəriblər. 44 günlük Vətən müharibəsi dövründə Milli Ordumuzun igid əsgər və zabitləri düşmən ordusunu darmadağın edib, Azərbaycanın şanlı döyüş salnaməsinə zəfər tarixini yazıblar. Düşmənlə ölüm-dirim savaşlarında torpaqlarımızı işğaldan azad edərkən onların bir çoxu canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar. Belə qəhrəman oğullar sırasında ağcabədili döyüşçülərin adları da böyük hörmət və ehtiramla qeyd olunur.

Xalqımız öz igid övladlarını bir an belə unutmur, onların əziz xatirəsini qürur hissi ilə  yad edir. Ağcabədi sakinləri də ölməz şəhidlərimizi yaddan çıxarmır, onların xatirələrini əbədiləşdirir, doğum, anım günlərini qeyd edir, müntəzəm olaraq ailələrinə baş çəkirlər.

Həmin ziyarətlərdən biri də Vətən müharibəsi qəhrəmanı həmyerlimiz Həsən Süleymanovun doğum günü münasibəti ilə təşkil olunub. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin doğum günündə onların ailələrinin ziyarət olunması ilə əlaqədar aksiya davam etdirilir. Avqustun 25-də Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi və adıçəkilən dövlət qurumunun rayon bölməsinin əməkdaşları tərəfindən II Qarabağ müharibəsinin qəhrəmanı şəhid Süleymanov Həsən İsmayıl oğlunun ailəsi şəhər mərkəzində yerləşən ünvanda ziyarət olunub. Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, ailəsinə məişət avadanlığı hədiyyə olunub.

Keçidlər