Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ü.Hacıbəylinin anadan olmasının 129-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

18 sentyabr 2014 | 10:00

18 sentyabr  2014-cü  il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Ü.Hacıbəylinin  anadan olmasının 129-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının,  ziyalılarının, gənclərinin , məktəblilərinin iştirakı ilə  150 nəfər  iştirak etmişdir.
  Tədbir iştirakçıları əvvəlcə dahi bəstəkarın büstü önünə çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
   Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq  qeyd etmişdir ki, Sentyabrın 18-i  Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Dahi bəstəkarın doğum gününün qeyd olunması ənənəsi  maestro Niyazi tərəfindən əsası qoyulsada , lakin 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması qərara alınmışdır. Daha sonra natiq  korifey sənətkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi misilsiz töhfələrdən bəhs etmişdir.
   Tədbirdə çıxış edən digər qonaqlar  Ü.Hacıbəylinin çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışdılar.
     Bayram tədbirində dahi bəstəkarın əsərləri səsləndirilmişdir. İfa olunan mahnı və romanslar, "Arşın mal alan", "O olmasın, bu olsun" və digər  operettalarından parçalar tamaşaçıların qəlbində xoş duyğular oyatmışdır.

Keçidlər