Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə maarifləndirmə və təbliğat işləri aparılmışdır.

02 sentyabr 2021 | 11:00

01-02 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Koronavirus pandemiyasıyla mübarizə ilə əlaqədar təbliğatı işlərinin gücləndirilməsi, peyvəndin birinci və ikinci dozasının vurulması ilə bağlı rayon ərazisində müvafik maarifləndirmə işlərinin aparılması həyata keçirilmişdir.

Maarifləndirmə işləri zamanı idarə əməkdaşları obyekt sahibləri və şəhər ərazisində qrup halında gəzən sakinlər ilə maarifləndirici söhbət aparıb. Söhbət zamanı vətəndaşlara virusun yaxın məsafəli ünsiyyət zamanı yoluxma riskinin daha yüksək olduğu bildirilib. İnsanlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini diqqətə çatdırıblar.

Bundan başqa idarə əməkdaşları insanların sağlamlığının qorunması, pandemiyaya qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsi vacibliyini nəzərə alaraq COVID-19 virusu ilə bağlı əhaliyə vaksinasiyanın əhəmiyyəti barədə ətraflı məlumatlar vermişdir.

Keçidlər