Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağcabədidə 38 min tondan artıq pambıq istehsalı gözlənilir

02 sentyabr 2021 | 11:00

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, 2021-ci ildə rayonda “Azərpambıq” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında 11 min hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

Artıq pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 53 ədəd kombayn, 128 ədəd traktor, 276 ədəd qoşqu, 5 ədəd yükləyici, 39 ədəd çiləyici cəlb edəcək. Bu mövsüm rayon üzrə 38 min tondan çox pambıq istehsalı gözlənilir.

Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Ötən il Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq becərilib. 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.

Keçidlər