Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyinin mükafatçıları ilə görüş keçirilmişdir.

23 avqust 2021 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Taekvondo idman növü üzrə gənclər arasında Azərbaycan birinciliyində uğurlu nəticələr əldə etmiş Ağcabədi taekvondoçuları ilə görüş keçirmişdir. İdarə rəisi idmançıları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzu etmişdir. Rüfət müəllim görüşdə xüsusi olaraq vurğulamışdır ki, son dövürlərdə Ağcabədi taekvondoçularının uğurlu nəticələr əldə etməkləri, eləcədə 3 nəfər taekvondoçumuzun Milli Yığma Komandanın tərkibində Avropa çempionatında çıxış etmək üçün Estoniyanın Tallinn şəhərinə yola düşmələri rayonumuzda idmanın inkişafının bariz nümunəsidir.

Qeyd edək ki, 06-07 avqust 2021-ci il tarixdə Bakı şəhərində keçirilmiş Taekvondo idman növü üzrə gənclər arasında Azərbaycan birinciliyində iştirak edən Ağcabədi taekvondoçuları 5 medal qazanaraq uğurlu nəticə əldə etmişdir. Taekvondoçularımızdan Orucov Sənan 68 kq-da - I yerə, Lətifov Fərhad 55 kq-da - II yerə, Məmmədəliyeva Şəbnəm 42 kq, Həsənov Elçin 45 kq, Mirəliyev Əli 48 kq -da - III yerə laiq görülmüşdür.

Keçidlər