COVİD-19 pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirləri aparılıb
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının güclənməsi və yeni növ koronovirus (COVID-19) pandemiyası layihəsi çərçivəsində Ağcabədi rayon bölməsində görüş keçirib.
Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə zamanı rayonda monitorinqlər və könüllülərlə birgə təlimlər aparılıb.
Görüşlər zamanı əməkdaşların və könüllülərin gördükləri işlərin hesabatları dinlənilib və gələcək planlar müzakirə edilib.
Rayon bölməsində COVID- 19 pandemiyasının qarşısının alınması məqsədilə əhali arasında yayımlamaq üçün tibbi maskalar, spirt, üz üçün sipərliklər, gigiyenik vasitələr, ilk yardım çantaları və çap materialları, buklet və broşuralar paylanılıb.