Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvərlik etüdləri” Ağcabədidə

14 avqust 2021 | 11:00

​Avqust ayının 14-də YAP Yasamal Rayon təşkilatı, Ağcabədi Rayon İcra Hakimiyyəti və millət vəkili Aqil Abbasın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Asif (FRED) Məhərrəmov adına fondun və MVQSY İB – nin dəstəyi ilə ulu öndərimiz Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Ağcabədi rayonunda baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovaların verdikləri məlumata əsasən “Vətənpərvərlik Etüdləri” layihəsini artıq beş ildir həyata keçirilir. Layihənin əsas məqsədi bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizmin inkişafına dəstək olmaqdır.

​Etüd iştirakçılarını Asan Xidmət Mərkəzində qəbul edən Ağcabədi  Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov söhbət zamanı bu təşəbbüsün bölgələrimizin tanıdılmasında   təqdirəlayiq bir  addım olduğunu  qeyd etdi. Vətən müharibəsində  Ağcabədi rayonu düşmən hücumlarına  məruz qalsa da əhalinin ruhdan düşməməsini, əksinə qələbəyə daha da böyük inambəslədiyini qeyd edən icra başçısı bu müharibədə Ağcabədi rayonundan 42 şəhid və çoxsaylı   qazilərin  olduğunu diqqətə çatdırdı. 
​İcra başçısı layihə iştirakçılarını rayonunun qədim, tarixi yerlərini, eyni zamanda bugünkü inkişafını, təbiətini, mədəni irsini yaxından  tanımağa dəvət etdi, onlara uğurlar arzuladı.
​İştirakçılar ilk olaraq qədim tarixə malik olan Boyat kəndində yerləşən Ağcabədi rayonu Məhəmməd Füzuli adına Boyat kənd kitabxanasına
səfər etdilər. MVQSY İB-nin sədri Rada Abbas kitabxanaya üzərində üzərində Məhəmməd Füzulinin rəsmi olan qədim xalça və 100 ədəd kitab hədiyyə etdi. 
Sonra qonaqlar Qarabağ Atçılıq Kompleksində oldular, füsunkar Qarabağ cins atları ilə tanış edildilər.

​Daha sonra  Ağgöl  Milli   Parkında olan rəssamlar  və fotoqraflar bir-birindən  gözəl rəsm əsərləri, fotolar ərsəyə  gətirdilər.
Sonda iştirakçılar diplom və  “Xarı Bülbül” döş nişanı ilə təltif olundular və əslən Ağcabədi rayonundan olan
​Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Tariyel Salmanovun portreti onun ailəsinə hədiyyə olundu.
Beləliklə layihə iştirakçıları Ağcabədi  rayonunun tarixi,  təbiəti, mədəniyyəti, milli-mənəvi dəyərləri, özünəməxsus ləziz mətbəxi ilə tanış oldular.
Qeyd edək ki, qonaqlar  arasında KKTC Bakı təmsilçiliyinin təhsil və mədəniyyət  ateşesi, dünyaca  tanınmış  fotoqraf Tevfik Ulual da iştirak edirdi.

Keçidlər