15 sentyabr – Bilik günü münasibəti ilə Ağcabədi rayonunda yeni məktəb binalarının açılışı
15 sentyabr 2014-cü il tarixdə saat 09:00 –da Ağcabədi rayonu 360 şagird yerlik Yeni Qaradolaq kənd tam orta məktəbinin , 220 şagird yerlik Köyük kənd tam orta məktəbinin ,180 şagird yerlik Taynaq kənd tam orta məktəbinin yeni binalarının və 320 şagird yerlik Kürdlər kənd tam orta məktəbinin binasının əsaslı təmirdən sonra açılışı ilə bağlı tədbir olmuşdur.
Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisin deputatları Tahir Rzayev, Aqil Abbas və digər qonaqlar iştirak etmişdir.
Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Rzayev və Aqil Abbas çıxış edərək ilk öncə bu açılışı olan bütün məktəblərin müəllim və şagird kollektlərini 15 Sentyabr – Bilik günü münasibəti ilə təbrik etdilər, yeni başlanan dərs ilində uğurlar və nailiyyətlər arzuladılar və bu gün açılışı olan müasir tələblərə cavab verən yeni məktəb binalarının ümumiyyətlə bütün ziyalılar üçün xeyirli olmasını dilədilər.
Yekunda natiqlər hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından , həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra tədbirdə çıxış edənlər bu açılışı olan,müasir tələblərə cavab verən yeni məktəb binalarının bütün ziyalılar üçün xeyirli olmasını, məktəblərin müəllim və şagird kollektivinə uğurlar və nailiyyətlər arzulamışdılar. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan dövlətinin maddi –mənəvi irsinin təbliğ olunmasında, “ Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməklə təhsilə, uşaqlarımıza,gənclərimizə hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə 1500 nəfər iştirak etmişdir.