Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya YOX deyək! “ adlı maarifləndirici tədbir keçirildi.
06 avqust 2021-ci il tarixində Pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya YOX deyək! “ başlıqlı maarifləndirici tədbir keçirildi. Mədəniyyət işçisi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair Gündüz Sevindiyin,Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin,GİKM-in Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyevin və könüllülərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva qeyd etdi ki,cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır.Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.Son zamanlar narkotik vasitə istifadəçilərinin artması ciddi narahatlıq doğurur.İki ildir ki, metamfetamin (patı) Azərbaycanda geniş yayılıb.Ən təhlükəli məqamlardan biri də "patı" istifadəçilərinin günü-gündən cavanlaşması, onların arasında qadınların olmasıdır."Patı" istifadə edənlərin yaş həddinə baxsaq görərik ki, onlar daha çox 25-35 yaş arası gənclərdir. Ən təhlükəlisi isə bu psixostimuliyatoru istifadə edənlərin arasında qadınların sayının günü-gündən artmasıdır. Qadınlar "patı"dan daha çox arıqlamaq üçün istifadə edir, sonra isə onun aludəçisinə çevrilirlər. Daha sonra Mədəniyyət işçisi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair Gündüz Sevindik,Ağcabədi Pedoqoji Kollecinin tələbələri Nicat Qocayev,Şövkət Quliyeva,Mərkəzin bələdçisi Səbinə Mamedova,GİKM-in Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev mövzu ətrafında çıxışlar edib,narkomaniyanın qarşısının alınması istiqamətində təkliflər irəli sürdülər.