Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçısı ilə yeniyetmə və gənclərin onlayn görüşü keçirilmişdir.

05 avqust 2021 | 11:00

04 avqust 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə” Dövlət Proqramının 5.1. bəndinin 5.1.2. yarımbəndinin icrası ilə bağlı Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Vətən müharibəsi iştirakçısı ilə yeniyetmə və gənclərin onlayn görüşü təşkil olunmuşdur.

Görüşün qonağı Vətən müharibəsi iştirakçısı, Boks idman növü üzrə məşqçi müəllim, Həsənov Elgün Ələsgər oğlu olmuşdur. Elgün Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə" , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Görüşdə proqrama uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Onlayn görüşü giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov bildirdi ki, Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycanın qələbəsi ilə nəticələndi. O qeyd etdi ki, bütün bu günlər ərzində qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşdi. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik, möhtəşəm Qələbə qazandıq.

Daha sonra vətən müharibəsi iştirakçısı Elgün Həsənov öz döyüş yolundan 44 günlük “ Dəmir yumruq” əməliyatından ətraflı bəhs etdi. Sonda yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər