Ağcabədi rayonunda “Erkən nigah-Qadın təhsilinin ölümüdür” adlı layihənin icrası ilə bağlı silsilə tədbirlər davam etdirilir.
YAP Ağcabədi rayon Təşkilatı Qadınlar Şurası “Gənclər üçün Təhsil Mərkəzi” Qarabağ Regional ofisi ilə birlikdə “Erkən nigah-Qadın təhsilinin ölümüdür” adlı layihənin icrasına başlamışdır.
Layihənin məqsədi yeniyetmə və gənclərin təhsilə cəlb edilməsi istiqamətində töhvə vermək və xüsusilədə qızların təhsildən yayınmasına səbəb olan erkən nigah hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsidir.
Layihənin icrası ilə bağlı YAP Ağcabədi rayon Təşkilatı Qadınlar Şurası “Gənclər üçün Təhsil Mərkəzi” Qarabağ Regional ofisi ilə birlikdə 12 avqust 2014-cü il tarixində Ağcabədi rayonu Cəfərbəyli kəndində,14 avqust 2014-cü il tarixində isə Rəncbərlər və Hüsülü kəndlərində görüşlər keçirmişdir.Layihənin icraçılarının növbəti görüşləri 29 avqust 2014-cü il tarixində Ağcabədi rayonu Xocavənd və Nəcəfqulubəyli kəndlərində, 12 sentyabr 2014-cü il tarixində Qaradolaq və Mehrablı kəndlərində, 13 sentyabr 2014-cü il tarixində isə Şərəfxanlı, Kəhrizli və Salmanbəyli kəndlərində olmuşdur.
Görüşdə təhsil işçiləri ictimai xadimlər,bələdiyyə, icra nümayəndələri və erkən nigahdan zərər çəkən valideyinlərlə bərabər gənc xanımlar,eləcə də 5 saylı tam orta məktəbin direktoru, Qadınlar Şurasının üzvü Solmaz Rəhimova,GTM Qarabağ ofisinin rəhbəri,YAP Ağcabədi Rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini Radə Qafarova, şura üzvü Jalə Məlikova,GTM Qarabağ ofisinin əməkdaşı Sevinc Quliyeva, Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru, YAP Ağcabədi Rayon Təşkilatının Qadınlar Şurasının üzvü Nərminə Əkbərova və Texniki Yaradıcılıq Mərkəzinin, şəhər 8 saylı tam orta məktəbin müəllimi Nüşabə İbrahimova iştirak etmişdir.
Çıxış edənlər erkən nigahın səbəblərindən,onun törətdiyi fəsadlardan danışaraq bu problemin həllinə kömək edə biləcək təkliflər səsləndirmişlər.