Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfxanlı kəndində yeni körpələr evi – uşaq bağçası istifadəyə verilib

28 iyul 2021 | 11:00

​27 iyul 2021-ci il tarixdə Ağcabədi rayonunun Şərəfxanlı kəndində 35 yerlik yeni körpələr evi – uşaq bağçası istifadəyə verilib. Karantin rejiminin tələblərinə uyğun olaraq, keçirilən açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak edib. Bağça kollektivini, uşaqları, kənd sakinlərini bumünasibətlə təbrik edən rayon rəhbəri bildirib ki, uşaqların keyfiyyətli təlim-tərbiyə alması, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evi – uşaq bağçaları, internat və ümumtəhsil məktəblər tikilir, əsaslı şəkildə yenidən qurulur. Şərəfxanlı kəndində də açılışı olan uşaq bağçası bu sahəyə diqqət və qayğının bariz nümunəsidir. Rayon rəhbəri körpələr evi-uşaq bağçasının Yaponiya və Azərbaycan arasındakı dostluq, əməkdaşlıq hədiyyəsi olaraq, Yaponiya hökuməti tərəfindən qrant yardım kimi inşa olduğunu bildirmişdir.

​Daha sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdur. Söhbət zamanı körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradıldığı vurğulanıb. Burada 35 uşağın təlim-tərbiyəsi ilə 14 tərbiyəçi-müəllim məşğul olacaq.

​Yeni körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verilməsi həm valideynlərin, həm də kollektivin sevincinə səbəb olub. Onlar göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər