“Azərbaycanın dövlətçilik tarixində öz izini qoymuş dahi rəhbər, parlaq şəxsiyyət” mövzusunda videokonfrans keçirilmişdir.
26 iyul 2021-ci il tarixdə Zoom proqramı vasitəsi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixində öz izini qoymuş dahi rəhbər, parlaq şəxsiyyət” mövzusunda videokonfrans keçirilmişdir.
Videokonfransı giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək bildirdi ki, 26 İyul 1994-cü il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında pərakəndə halında olan Azərbaycan gəncliyini vahid ideya ətrafında sıx birləşdirən, dövlətin gənclər siyasətini həyata keçirən qrum - Gənclər və İdman Nazirliyi yaradıldı.
Gənclərə göstərilən dövlət qayğısı isə bu gün ölkə prezidentimiz cənab İlham Əliyev tərəfindən planlı şəkildə davam etdirilir.
Rəis müavini onuda qeyd etdi ki, ötən 27 ildə ölkəmizdə gənclər sahəsində çox vacib layihələr həyata keçirilib, eyni zamanda idmanda böyük nailiyyətlər əldə olunub: "Azərbaycan idman sahəsində çox böyük, möhtəşəm tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərdə və olimpiadalarda idmançılarımız çoxlu sayda medal qazanıblar. Düşünürəm ki, gələcəkdə bundan da yüksək nailiyyətlər əldə ediləcək".
Daha sonra rayon Təhsil Şöbəsinin məsləhətçisi İlkin Məmmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov çıxış edərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümü münasibəti ilə gəncləri təbrik etdilər və Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən ətraflı bəhs edərək ,gəncliyə göstərilən dövlət qayğısını bir daha onların nəzərinə çatdırdılar.