Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət edilib

22 iyul 2021 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından və sağlamlığından keçən şəhidlərin, qazilərin  ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır.
RİH başçısı Rafil Hüseynov Muğanlı kəndindən olan şəhid Fərid Fərəcov və Naim Ağayevin ailəsində olmuş, onların ailə üzvlərinin Qurban bayramını təbrik etmişdir.Daha sonra icra başçısı Şahsevən kəndində qazi İntiqam Əliyevi ziyarət etmiş, burada daha bir qurban kəsilərək imkansız ailələrə paylanmışdır.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri olan İntiqam Əliyev döyüş zamanı ayağından yaralanmış, 2 iyul 2021-ci il tarixdə isə bir ayağı amputasiya olunmuşdur.
Ziyarət olunan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Müqəddəs Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını arzulamışlar.

Keçidlər