Şriftin ölçüsü :

Saytın rəngi :

Qazimiz ziyarət olundu

17 iyul 2021 | 11:00

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Vətən Müharibəsi qaziləri Niyaz Bayramlı və ehtiyatda olan mayor Elşad Heydərov digər qazi İntiqam Əliyevi evində ziyarət ediblər.

Qeyd edək ki, Şahsevən kənd sakini İ. Əliyev Vətən müharibəsi zamanı yaralanıb və həkimlərin səyinə baxmayaraq 2 iyul 2021-ci il tarixdə sağ ayağı amputasiya olunub. Ziyarətə gedən digər qazilərimiz də Vətən müharibəsi zamanı bir ayaqlarını itiriblər. Lakin buna baxmayaraq bu ziyarət hər kəsdə xoş ovqat yaradıb. Bir məqsəd, bir amal uğrunda sağlamlıqlarından keçən igidlərimizin nikbinliyi, sabaha böyük inamla baxmaları görüş zamanı duyğulu anlar yaşadıb. İntiqam Əliyevin ona təklif olunan bütün köməklərdən imtina etməsi, hər şeyi vətən uğrunda, təmənna güdmədən etdiyini söyləməsi bir daha sübut edir ki, bu xalq böyük xalqdır, belə igid oğulları olan ölkə hər zaman qalibdir.

Keçidlər