Ağcabədidə sakinlərə indiyədək 70 mindən çox vaksin vurulub
16 iyul 2021 | 11:00
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin koronavirus infeksiyasına qarşı peyvənd olunması kampaniyası uğurla davam edir. Vətəndaşların vaksinasiyası Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaqlarda həyata keçirilir.İndiyədək rayon sakinlərinə 70 min 943 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 42 min 981, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 27 min 962 nəfərdir.