Şriftin ölçüsü :

Saytın rəngi :

“Könüllülər Kuboku”nun Basketbol (3x3) idman növü üzrə Ağcabədi rayon mərhələsi keçirilmişdir.

15 iyul 2021 | 11:00

13-14 iyul 2021-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" ictimai birliyi tərəfindən imzalanmış "Könüllülər Kuboku"nun müvafiq əsasnaməsinə uyğun olaraq, “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə “Könüllülər Kuboku”nun Basketbol (3x3) idman növü üzrə Ağcabədi rayon mərhələsi keçirilmişdir.

Respublika Könüllülər Kubokunun zona mərhələsinə vəsiqə qazanmaq uğrunda gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan yarışda 15-17 yaşlı gənc idmançılar iştirak etmişdir. Yekun nəticələrə əsasən Zəfər komandası I yerə, Aypara komandası II yerə, Lider komandası isə üçüncü yerə laiq görülmüşdür.

Keçidlər