Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağda Yaradıcılıq Festivalı keçirilib.

16 sentyabr 2014 | 10:00

Gənclər üçün Təhsil Mərkəzinin silsilə təşkil etdiyi region gənclərinin Yaradıcılıq Festivalının bu dəfəki ünvanı Ağcabədi rayonu olub.
Festival Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Üzeyir Hacıbəyli adına Ağcabədi rayon Qarabağ Muğam Mərkəzinin qarşısında keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan festivalda Qarabağ bölgəsindən Ağcabədi,Laçın,Şuşa,Xocavənd,Xocalı,Bərdə rayonlarından olan yeniyetmə və gənclər iştirak edib.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə festivalı giriş sözü ilə açaraq, doğma Qarabağımızda keçirilən bu tədbirin mahiyyəti barədə məlumat verib, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, respublikamızda son illər muğam sənətinə dövlət dəstəyinin, diqqət və qayğısının artırılması, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən bu sənətə yüksək qiymət verilməsi, hamilik göstərilməsi ölkənin hər yerində olduğu kimi, bu regionda da muğam ifaçılığının geniş inkişaf etməsi, yeni nəsil ifaçılarının üzə çıxarılması və yetişdirilməsi üçün möhkəm zəmin yaradıb. Buna görə Qarabağ bölgəsində belə festivallarının silsilə xarakter alması təmin ediləcəkdir.
Digər çıxış edən rəsmilər də tədbirin gənclər üçün əhəmiyyətindən danışıblar, Qarabağdan olan gənclərin müxtəlif festival və müsabiqələrdə fəal iştirak etdiklərini vurğuladılar. Qeyd olunub ki, bu gün Qarabağlı gənclərimiz ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edir, onun mədəniyyətini dünyaya tanıdırlar.Daha sonra söz yaradıcı gənclərə verilib, onlar teatr, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, rəqs, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər. Sonda bütün iştirakçılar diplomlarla təltif edilib.
Göstərdiyi dəstəyə görə Ağcabədi rayon İcra Hakimiyyətinin,YAP Qadınlar şurasının,Üzeyir Hacıbəyli adına Ağcabədi rayon Qarabağ Muğam mərkəzinin,5 saylı tam orta məktəbin,Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkür edirik

Keçidlər