Azərbaycan Respublikası Veteranlar Şurasının Ağcabədi rayon şöbəsinin VI konfransı olmuşdır
30 oktyabr 2012-ci il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Respublikası Veteranlar Şurasının Ağcabədi rayon şöbəsinin VI konfransı olmuşdur.
Konfransda Azərbaycan Respublikası Veteranlar Şurasının məsul işçisi Əlfaim İsmayılov iştirak etmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini yad etdilər.
Daha sonra konfrans öz işini Ağcabədi rayonu Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam etdirdi. Konfransda açılış çıxışı edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov bildirdi ki, hər zaman Azərbaycan gəncliyinə veteranların öz vətənləri uğrunda Böyük Vətən Müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlar, şücaətlər canlı bir vətənpərvərlik məktəbidir. Bu gün Azərbaycan öz inkişaf tendesiyasının uğurla gələcəyə aparan güclü orduya və hərbi sənayeyə malik bir dövlətdir. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə, istərsədə hal –hazırda bütün veteranlar daima dövlətimizin diqqət mərkəzində olmuş, onların qəhrəmanlıqları yüksək qiymətləndirilmişdir.
Yekunda natiq bir daha veteranlara can sağlığı və konfransa işində uğurlar arzulamışdır.
Daha sonra şəhər 8 saylı tam orta məktəbin “ Cəsurlar “ komandası öz nümayiş etdirdikləri vətənpərvərlik proqramı ilə həm veteranları təbrik etmiş, həm də onları salamlamışdılar.
Çıxış edən Azərbaycan Respublikası Veteranlar Şurasının Ağcabədi rayon şöbəsinin sədri Qəni Cəfərov Veteranlar Şurasının VI konfransına qədər görülən işlər və gələcək planları haqqında hesabat xarakterli məruzə ilə konfransı davam etdirmişdir.
Yekunda çıxış Azərbaycan Respublikası Veteranlar Şurasının məsul işçisi Əlfaim İsmayılov veteranları salamlamış və onları təbrik etmişdir. Hətta natiq qeyd etmişdir ki, Ağcabədi rayonunda 7 il bundan qabaq olmuşdum. Lakin indi rayona gələndə simasını dəyişmiş, gözəlləşmiş və inkişaf etmiş Ağcabədi rayonu insanı öz dəyişimi ilə valeh edir. Həqiqətən Ağcabədi dəyişmiş və tanınmayan müasir tələblərə cavab verən bir regiona çevrilmişdir. Natiq bir daha veteranlara görülən işlər və digər qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Konfransda Nəzarət və Təftiş Komissiyalarının hesabat çıxışı dinlənilmiş və gələcəkdə görüləcək işlər müzakirə olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Veteranlar Şurasının VI qurultayına nümayəndələr seçilmişdir.
Beləliklə Azərbaycan Respublikası Veteranlar Şurasının Ağcabədi rayon şöbəsinin VI konfransı öz işini yekunlaşdırmışdır.
Tədbirdə 143 nəfər iştirak etmişdir.
Ağcabədi Rayon İcraHakimiyyəti Başçısı aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ə. Tapdıqov