26 iyun Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətiə şəhid ailələri ziyarət olunub.
26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü və Qurban bayramı münasibətiə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaş və könüllüləri tərəfindən Vətənimizin ərazi bütövlüyünün bərpası naminə canlarını fəda etmiş qəhrəman övladlarımızın, Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ-su, Vətən müharibəsi şəhidi Ceyhun Qafar oğlu Məmmədov, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Vətən müharibəsi şəhidi Nurlan Şükür oğlu Quliyev və Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Rövşən Fərrux oğlu Allahverdiyevin ailələri ziyarət edilib, bayram sovqatları çatdırılıb.
Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb, şəhid və qazilərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Vətən uğrunda qurban gedən şəhidlərin əziz xatirəsinin hər kəsin qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb. Bildirilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyuruq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına ən yüksək səviyyədə diqqət və qayğının göstərildiyi, onların sosial məsələlərinə daim həssaslıqla yanaşıldığı, problemlərinin həlli istiqamətində mütəmadi olaraq dövlət proqramlarının həyata keçirildiyindən bəhs edilib.
Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.