26 İyun – Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə “Gənclik və Müasir Çağırışlar” mövzusunda tədbir keçirilib.
Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü, Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi Rayon Polis Şöbəsi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektoru və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin tərəfdaşlığı ilə 26 İyun – Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə “Gənclik və Müasir Çağırışlar” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində mövzu ilə bağlı maarifləndirici film nümayiş olunub, daha sonra “Zərərli vərdişlərin fəsadları və profilaktikası” mövzusunda panel müzakirəsi təşkil edilib.
Panel zamanı zərərli vərdişlərin psixoloji və hüquqi aspektləri, narkotik vasitələrin insan sağlamlığına təsiri, gənclərin sağlam həyat tərzinə təşviqi, eləcə də maarifləndirmənin bu sahədə rolu barədə iştirakçılara ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.






