Suvarmada fasilələrə yol vermək olmaz
Hazırda rayonun pambıqçılıq təsərrüfatlarında geniş becərmə tədbirləri həyata keçirilir. Bölgənin bütün ərazilərində kultivasiya çəkilmiş və mineral gübrələrlə təmin olunmuş sahələrin suvarılması istiqamətində də mühüm addımlar atılır.
Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyevin dediklərinə görə, havaların isti və quraq keçməsi səbəbindən pambıq əkin sahələrində suvarmaya daha böyük ehtiyac yaranıb. Bu zaman arxayınçılığa yol vermək olmaz, suvarmada fasilələr yaranmamalıdır. Yaranmış hər hansı problem dərhal aradan qaldırılmalıdır.
İdarə rəisi onu da əlavə edib ki, suvarma suyunun təminatında fasilələr olmasın deyə, bütün imkanlar səfərbərliyə alınıb. Təsərrüfatlarda baş verəcək ekstremal vəziyyətin qarşısının alınması üçün mövcud su mənbələri ilə yanaşı alternativ mənbələrin də istifadəyə cəlb edilməsi gündəmdədir.