Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edilib

30 iyun 2021 | 11:00

Ağcabədi şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiqlənib.

Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş nazir Əli Əsədov iyunun 29-da bununla bağlı qərar imzalayıb.

Ağcabədi şəhərinin təsdiqlənmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Baş plan layihəsi 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınıb, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb.

Keçidlər