Ağcabədi rayonunda Müəllimlərinin sentyabr konfransı keçirilmişdır.
04 sentyabr 2014-cü il tarixdə saat 10:30 –da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət evində Rayon Müəllimlərinin sentyabr konfransı keçirilmişdir.
Konfransda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Təhsil Nazirliyinin Baş məsləhətçisi Ənvər İmanov və dəvət edilmiş idarə müəssisə rəhbərləri iştirak etmişdir.
İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etdilər.
Tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir.Tədbiri Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov açaraq, qonaqları salamladı və geniş məruzə ətrafında görülən işlər haqqında gələn qonaqlara məlumat verdi. Rayon Təhsil şöbəsinin müdiri çıxış edərək bildirdi ki, “Təhsil millətin gələcəyidir” söyləyən Ulu Öndər Heydər Əliyev bu sahənin inkişaf etdirilməsində bir çox böyük layihələrə imza atmışdır. Cənab Prezident İlham Əliyev cənablarının əməyi sayəsində həyata keçirilən layihələr və görülən işlər, ölkəmizin bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində də uğurla davam etdirilir. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
Bu il təhsil sahəsində 2014 – cü ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artmasında müəllimlərimizin rolu az deyildir. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur.
Yekunda məruzəçi hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova bütün rayon müəllimlərinin adından dərin minnətdarlığını bildirdi.
Daha sonra məruzə ətrafında çıxışlara başlanılmışdır. C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin direktor müavini Ülkər Balakişiyeva, M.Həsənov adına Rəncbərlər kənd tamorta məktəbin təşkilatçı müavini Kəriş Rəhimov, Şəhər 9 saylı tam orta məktəbin müəllimi Ülviyyə Baxışova, Kəbirli kənd tam orta məktəbinin müəllimi Ələsgər Məmmədov, TQDK-nın Ağcabədi regional bölməsinin müdiri Samir Əliyev, “ Yeni Abituriyent” universitetləri hazırlıq kursunun direktoru Şöyüb Səfərov və Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev çıxış etdilər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Baş məsləhətçisi Ənvər İmanov konfrans iştirakçılarını salamladı və onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzuladı.
Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə müəllimlərin sentyabr konfransında onları salamladı və yeni dərs ilində hər bir müəllimə uğurlar arzuladı. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. Rayon rəhbəri onu da qeyd etdi ki, 2014 – cü ildə digər illərə nisbətən ali məktəblərə qəbul sayının artıb 293 nəfər olması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən,inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğının günü – gündən daha artırılmasından irəli gəlir. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir.
Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bir daha təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvər övladlar yetişdirməyi arzuladı.
Çıxışlardan sonra rayon Müəllimlərinin sentyabr konfransının qərar hissəsi oxunmuş və fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunmuşdur.