Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü” münasibəti ilə “Armudu” gənclərin məşhurlarla onlayn görüşü layihəsinin növbəti görüşü baş tutmuşdur.

25 iyun 2021 | 11:00

25 iyun 2021-ci ildə “26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü” münasibəti ilə “Armudu” gənclərin məşhurlarla onlayn görüşü layihəsinin qonağı Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Zəfər Paradının ssenari müəllifi və aparıcısı Abdulla Qurbani olmuşdur. Öncə gənclər və idman nazirinin müavini İntiqam Babayev polkovnik Abdulla Qurbanini və gəncləri salamlayaraq bu günün əhəmiyyətindən söz açdı.

Daha sonra çıxış edən Abdulla müəllim respublikamızın müxtəlif bölgələrindən olan gənclərin ünvanladığı suallara dəyərli fikirləri və məsləhətləri ilə səmimi cavablar verərək, gənclərlə vətənpərvərlik ruhunda maariflənmdirici söhbətlər etmişdir.

Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon gəncləridə iştirak etmişdir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən “Armudu” layihəsi çərçivəsində gənclərimiz məşhur insanlarla görüşür. Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan edilmiş karantin müddətində #evdəqalinkişafet şüarı ilə davam edən layihə onlayn formada Zoom proqramı vasitəsi ilə həyata keçirilir.

Keçidlər