Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

24 iyun 2021 | 11:00

23 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Təhsil Şöbəsi , Maliyyə Şöbəsi, Gənclər və İdman İdarəsi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Statistika İdarəsi, rayon Dövlət Arxivi, Dövlət Qaçqınkomun rayon nümayəndəliyi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzinin nümayəndələri iştirak edib.

            Əvvəlcə tədbir iştirakçıları Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısına xüsusi karantin rejimi qaydaları  gözlənilməklə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Tədbirin ikinci hissəsi rayon icra hakimiyyətinin inzibati binasında keçirilib. Azərbaycan Respubikasının Dövlət himni səsləndirildikdən sonra vətən torpaqlarının işğaldan azad olunması uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək yığıncaq iştirakçılarını Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib. Dövlət qulluğu sahəsində vacib olan məqamlar, o cümlədən, rayonda bu istiqamətdə görülən işlər haqqında məlumat verən rayon rəhbəri gənclərin, qadınların dövlət qulluğunda işə cəlb edilməsinin əhəmiyyətindən də söz açıb.

R.Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının I müavini Əhmədov Rövşən Nağı oğlunun dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyi üçün “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov və Yuxarı Qiyamadınlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahlar Əsədov çıxış ediblər.

Sonda  dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib

Keçidlər