Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ali məktəblərə qəbul olmuş tələbələrlə görüşü olmuşdur.
28 avqust 2014- cü il tarixdə saat 11:00 –da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət evində Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun Ali məktəbə qəbul olmuş 293 nəfər tələbə ilə görüşü olmuşdur.
Tədbirdə yuxarı bal toplayan tələbələrin valideynlərinin, idarə və müəssisə rəhbərlərinin iştirakı iştirak etmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər. Daha sonra tələbələr Rayon Heydər Əliyev Mərkəzində ekskursiyada oldular və xatirə şəkili çəkdirdilər.
Tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov giriş nitqi ilə tədbiri açaraq , bütün abituriyent adını qazanan məzunları təbrik etdi və ölkəmizə təhsilə günü – gündən artan dövlət qayğısından danışdı.
Daha sonra Rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov, “ Yeni Abituriyent” universitetləri hazırlıq kursunun direktoru Şöüb Səfərov, Nizami adına Avşar kənd 1 saylı tam orta məktəbin direktoru Yasin Cəfərov, şəhər 3 saylı məktəb liseyin məzunu, 682 balla “ Gülhanə” Tibb Akademiyasına qəbul olmuş Anar Mütəllimovun anası Məmmədova Xuraman, Rəncbərlər kənd tam orta məktəbin məzunu, 680 balla Bakı Ali Neft Məktəbinə qəbul olmuş Allahverdili Elçin, şəhər 3 saylı məktəb liseyin məzunu, 620 balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olmuş Həsənzadə Cənanə , Muğanlı kənd tam orta məktəbin məzunu, 608 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Quliyeva Leyla və şəhər 8 saylı tam orta məktəbin məzunu, 608 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş Fərid Abışzadənin anası Abışova Kubra,TQDK –nın Regional bölməsinin müdiri Samir Əliyev, şəhər 2 saylı tam orta məktəbin məzunu, 532 balla Azərbaycan Dillər Universitetinə daxil olmuş Rüstəmova Nərminə, 677 balla Bakı Ali Neft Məktəbinə qəbul olmuş Sadıqov Gülnar, şəhər 4 saylı tam orta məktəbin məzunu, 639 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş Quliyev Elnur çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi və onların valideynlərini təbrik etdilər, onlara yeni başladıqları bu yolda uğurlar və nəaliyyətlər arzuladılar və qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar.
Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gənci salamladı və onlara qədəm qoyduqları bu yolda uğurlar arzuladı. Rayon rəhbəri onu da qeyd etdi ki, 2014 – cü ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən,inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğının günü – gündən daha artırılmasından irəli gəlir.
Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayıb fərqlənənləri və valideynləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, get – gedə daha da çoxalmasını qeyd etmişdir.
Tədbirin yekununda 500- 700 arası bal toplayan tələbələrə Rayon İcra Hakimiyyəti Başçısının fərmanı və hədiyyələri təqdim olunmuşdur.
.