Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə taxıl sahələrinin 39.2%-də biçin başa çatıb

21 iyun 2021 | 11:00

Ağcabədi ərazisində taxıl biçini davam edir. Bu il Ağcabədidə 30191.3 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 22224.1 hektarı buğda, 7967.2 hektarı arpa sahəsidir.

İyunun 18-ə olan məlumata görə, Ağcabədi ərazisində 11858 hektar ərazidə taxıl biçini aparılıb , 4120 hektar ərazidə arpa, 7738 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək 42081 ton taxıl yığılıb ki, bunun 27357 tonun buğda, 14724 tonun arpa bitkisi təşkil edir. 

Keçidlər