Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə vətəndaşlara indiyədək 50 minə yaxın vaksin vurulub

21 iyun 2021 | 11:00

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin koronavirus infeksiyasına qarşı peyvənd olunması kampaniyası uğurla davam edir. Vətəndaşların vaksinasiyası Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaqlarda həyata keçirilir.İndiyədək rayon sakinlərinə 48 min 701 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 32 min 381, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 16 min 320 nəfərdir.

Keçidlər