Ağcabədidə “15 iyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş Kikboksinq idman növü üzrə rayon turniri keçirilmişdir.
15 iyun 2021 | 11:00
14 iyun 2021-ci il tarixdə Ağcabədi şəhər 1 saylı tam orta məktəbin idman zalında Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Birlik” idman klubunun birgə təşkilatçılığı ilə "15 iyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş Kikboksinq idman növü üzrə rayon turniri keçirilmişdir.
Rayon turnirində 42 idmançı müxtəlif çəki dərəcələrində güclərini sınamışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və medallar təqdim olunmuşdur.