Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günədək tədarük məntəqələrinə 45 tondan artıq yaş barama təhvil verilib

14 iyun 2021 | 11:00

Ağcabədi rayonunda yaş barama tədarükü davam edir. İyunun 14-dək kümçülər tərəfindən barama tədarükü məntəqələrinə 45 tondan çox yaş barama təhvil verilib.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Ümumilikdə bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir.

Yaş baramanın tədarükü və məntəqələrə təhvil verilməsi davam edir.

Keçidlər