Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

09 iyun 2021 | 11:00

09 iyun 2021-ci il tarixində Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzi və Ağcabədi Pedoqoji Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Biz- Bu Gün” adlı tədbir keçirilmişdir.Tələbələr öncə Ulu Öndərin zəngin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.Sonra tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva bildirmişdir ki,15 iyun - Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir.

Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. 1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndərin hakimiyyətə qayıtmasında gördü. Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirdilər.

Daha sonra Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Ağcabədi Pedoqoji Kollecinin dir

Keçidlər