Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində tədbir keçirildi .

27 avqust 2014 | 10:00

27 avqust 2014- cü il tarixdə saat 10:00 – da Ağcabədi rayonu Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “ Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədiylə yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi çərçivəsində rayon icra strukturunun rəhbərliyi ilə görüş  keçirilmişdir.
   GTM Qarabağ ofisi “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi ilə bağlı hesabat verdi.   
   
Ağcabədi rayonunda GTM Qarabağ ofisinin əməkdaş olduğu “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi çərçivəsində şəhər görüşü keçirilmişdir.Layihənin məqsədi,miqrant ərləri olan və gender əsaslı zorakılığın qurbanlarına çevrilən qadınlara xüsusi diqqət,sosial və iqtisadi hüquqlarının müdafiəsi,təşkilati və fərdi səlahiyyət fəaliyyətləri vasitəsilə məcburi köçkünlərin fonunda insanların səmərəli inteqrasiyası üçün əlverişli mühitin yaranmasına şərait yaratmaqdır. Tədbirdə Ağcabədi rayon İcra başçısının muüavini Əbülfət Tapdıqov,Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev, GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova, BAMF Proqram Departamentinin rəhbəri Ayaz Mirzəyev,BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov və başqa idarə müəssisə rəhbərləri və məcburi koçkünlər iştirak etmişlər.
     Tədbirdə çıxış edənlər layihə daxilində görülmüş işlərdən,layihənin uğurlarından,Azərbaycanda məcburi köçkünlərə yaradılmış şəraitdən danışmış və müxtəlif təkliflər səsləndirmişlər.

Keçidlər