Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətən müharibəsi şəhidinin ailəsini ziyarət etdi

31 may 2021 | 11:00

29 may 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Yuxarı Qiyaməddinli kəndində Vətən müharibəsi şəhidi Azər Əliyevin ailəsini ziyarət edib. Qeyd edək ki, bir müddət öncə şəhidin ikinci övladı dünyaya göz açmışdı. Ziyarət zamanı yeni doğulan körpə üçün çarpayı hədiyyə edilmiş, ailəyə ərzaq payı təqdim olunmuşdur.
Söhbət zamanı icra başçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən şəhid ailələrinin daim xüsusi diqqətdə saxlandığını qeyd edib. Həmçinin bildirib ki, rayonda yaşayan digər Vətən müharibəsi şəhidlərinin övladları kimi şəhidimiz Azər Əliyevin ikinci övladı üçün də icra hakimiyyəti tərəfindən hər ay təqaüd veriləcəkdir.
Qeyd edək ki, Ağcabədi rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün bank hesabları açılıb və hər ay həmin hesablara pul vəsaiti köçürülür.

 

Keçidlər